Türkiyəli futbolçu millimizdən imtina etdi

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Əmrə Qaplan yığmada oynamaqdan imtina edib. Allsport.az xəbər verir ki, 20 yaşlı türkiyəli müdafiəçi bu barədə instaqram hesabında paylaşım edib. O, Türkiyə yığmasında oynamaq üçün bu addımı atıb:

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.

Əmrə daha əvvəl U-19 millisində də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Müqavilə ilə “Başağşəhər”ə məxsus olan futbolçu icarə əsasında “Bodrumspor”da çıxış edir.

Həmin kateqoriyadan