- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

U-17 qızlarda Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb.
Allsport.az saytı xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında qeyd var. Dünən 2-ci qrupda keçirilən oyunlardan sonra yığmamızın taleyinə aydınlıq gəlib. İngiltərə Slovakiyalı 6:0, Şotlandiya isə Latviyanı 4:0 hesabları qalib gəlib.
Reqlamentə əsasən, hər qrupda ilk 2 yerin sahibi və ən yaxşı nəticəyə malik 3-cü sıranı tutan 5 komanda növbəti mərhələyə yüksəlir. Belədə, millimiz göstəricisinə görə elit-raunda adlayıb.