U-19 millimizin heyəti

U-19 qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 19-dan 28-dək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanın Padua şəhərində keçirəcək oyunları üçün heyəti açıqlanıb.

Allsport.az xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 14-dən 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq prosesinə Göynur Güləryüz (“Tavla Gənclik Spor”, Türkiyə), Aytac Feyzullayeva (“Marxal”), Milana Rəhimova (8 – İOEUGiM), Alina Nəhmədova (“Balxurma”), Fidan Cəfərova (“Marxal”), Pərvin Səfərəliyeva (8 – İOEUGiM), Aysun Muradova, Samirə Aşırova (hər ikisi “Balxurma”), Lamiyə Əlizadə (8 – İOEUGiM), İrəm Bir (“Asya Spor”, Türkiyə), Fatimə Əhmədli (8 – İOEUGiM), Fatma Nur Sənsəs (“Kayseri Gənclər Birliyi”, Türkiyə), Türkan Abdullayeva (“Xırdalan City”), Nurçin Tarverdizadə (8 – İOEUGiM), Leyla Ağayeva (“Gömrükçü”), Tuğba Nur Bozqurt (“Bəykənt”, Türkiyə), Buse Nur Kocabəy (“ALG Spor”, Türkiyə), Züleyxa Zamanlı (“Gömrükçü”), Cərən Nur Hancərli (“Bəykənt”, Türkiyə) və Nahidə Məmmədova (“Marxal”) dəvət olunublar.

Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 20-də Norveç, üç gün sonra İtaliya, ayın 26-da isə Polşa ilə qarşılaşacaq.

Həmin kateqoriyadan