Uçurumdan yıxılan futbolçunun ilk məşqçisi faciənin təfərrüatlarını açıqlayıb

İslandiyada “Eynherji”nin heyətində çıxış edən Moldova millinin 26 yaşlı futbolçusu Violeta Mitul uçurumdan yıxılaraq qəzaya uğrayıb. Allsport.az saytı xəbər verir ki, onun ilk məşqçisi Viktor Senik faciənin təfərrüatlarını açıqlayıb:

“O, ölən zaman yaxınlıqda onunla birlikdə uşaqlıqdan məşq etməyə başlayan başqa bir futbolçu vardı. Onlar skamyada oturmuşdular və Viola kənara çəkildi. Orada 20 metrlik hasarsız platforma, dəniz və çimərlik, həm də bu uçurum var. Beləcə büdrədi”.

Həmin kateqoriyadan