“Uduzmağımızın səbəbi göz qabağındadır”

17 martda “Sumqayıt” premyer liqanın 27-ci turunda evdə “Sabah”a 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov məğlubiyyətə aydınlıq gətirib:

“Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq, altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik. Halbuki, matçdan öncəki ehtimallarımızla rəqibin oyunu düz çıxdı.

Dəyişikliklərlə çıxışımızı daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Bu, futboldur, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit başla hazırlaşacağıq”.

Həmin kateqoriyadan