UEFA “Playmakers” layihəsinə start

UEFA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən “Playmakers” layihəsinə start verilib.

Allsport.az saytı xəbər verir ki, əsas məqsəd “Disney” cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir.

Bakı şəhəri və digər regionları əhatə edəcək layihə 2023-cü ilin sonuna qədər davam edəcək. Layihə çərçivəsində ilk tədbir 220 nömrəli məktəb-liseydə keçirilib.

Həmin kateqoriyadan