- Baxış sayı: 31
- 13 May 2025 20:41
- Baxış sayı: 76
- May 13, 2025
- 0
Albaniyanın Dürres şəhərində ustad ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçirilir.
Allsport.az xəbər verir ki, yarışda 5 idmançı ilə təmsil olunan milli komandanın 4 üzvü mükafatçılar sırasında yer alıb. Yığmanın heyətində Vaqif Müsəddiq 70 yaşlı idmançılar arasında, 81 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. O, iki hərəkətin cəmində 162 kq nəticə göstərib.
Komandanın digər üzvü Natiq Həsənov (96 kq, M-45) birdən qaldırmada 115 kq, təkanla qaldırmada isə 155 kq nəticə göstərək gümüş medala sahib olub.
Milliyə digər gümüş medalı 45 yaş kateqoriyasında mübarizə aparan Eldar Məmmədov (109 kq) qazandırıb. O, cəmdə 255 kq çəkini ram edib.
Zülfüqar Süleymanov (67 kq, M-40) isə birdən qaldırmada 108 kq, təkanla qaldırmada 137 kq çəkini ram edərək qızıl medal qazanıb. O, ümumi nəticədə 245 kq nəticə ilə həm Avropa çempionu adını qazanıb, həm də Avropa rekordunu yeniləyib.
Mayın 10-dək davam edən qitə çempionatında Azərbaycanı beynəlxalq dərəcəli hakim Elxan Süleymanov münsiflər heyətinin sədri kimi təmsil edir.