Ən vacib oyundan öncə ailə problemi yaşayır: arvadı bütün şəkilləri silib və boşanmaq istəyir – FOTO
- Baxış sayı: 37
- 15 May 2026 23:17

Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə bu gün ARDNŞ prezidenti Rövşən Nəcəf görüş keçirib. Allsport.az saytı xəbər verir ki, turnir boyunca məğlubiyyətsiz çıxış edərək finalda inamlı qələbə qazanan komandanı ürəkdən təbrik edən dövlət rəsmisi, bu uğurun peşəkarlığın, intizamlı oyunun və qələbə əzminin nəticəsi olduğunu vurğulayıb.
SOCAR prezidenti komandanın aparıcı oyunçularından Elnur Hüseynovun turnirin “Ən yaxşı oyunçusu” nominasiyasına layiq görülməsinin əlavə qürur hissi yaşatdığını qeyd edib, həmçinin bu uğurlu çıxışın davamı olaraq 5–7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçiriləcək III dünya korporativ oyunlarında komandanın ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində komanda üzvlərinə turnirdə göstərdikləri yüksək peşəkarlıq, komanda ruhu və qazanılan parlaq qələbəyə verdikləri töhfəyə görə SOCAR-ın aparat rəhbəri, “Neftçi” idman klubunun idarə heyətinin sədri Hafiz Zeynalov tərəfindən təşəkkürnamələr təqdim olunub.