“Üzülməyə dəyməz”

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” evdə “Qəbələ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında açıqlama verib:

“Çətin oyun oldu. Son 3 gün biz məşqçilər üçün stressli keçdi. 5-6 futbolçumuz həm zədə, həm də qripə yoluxduğuna görə meydana çıxa bilmədi. Növbəti oyuna qədər bunu yoluna qoymağa çalışacağıq. Bu gün orta xətt, xüsusilə də irəli oynayan oyunçulardan razı qaldım.

Əlbəttə, qələbə qolunu vurmaq istərdik. Ancaq alınmayanda alınmır. Üzülməyə dəyməz. Bu gün birinci hissə başa çatdı. Hələ heç nə itirilməyib. Oyunun yekun hissəsi Qəbələdə olacaq”.

Həmin kateqoriyadan