Valensiya “Fənərbağça”dan ayrılır?

“Fənərbağça”nın ulduz futbolçusu Enner Valensiya gedişi barədə danışıb. Allsport.az saytı xəbər verir ki, həftəsonu Türkiyə superliqasının 21-ci turunda “Qasımpaşa”ya 5:1 qalib gəldikləri oyunda 4 qol vuraraq gündəm olan ekvadorlu hücumçu, “Şübhəsiz, karyeramın ən yaxşı dövrünü keçirirəm. Əsas heyət üzvüyəm, ailəm də Türkiyəni və klubu sevir. Çünki bizə çox yaxşı münasibət bəsləyirdilər. Menecerim razılığa gəlmək üçün danışdığını söyləyib. Vəziyyət hələ də eynidir”, – deyib.

Valensiya əlavə edib ki, komandası çempionluq uğrunda mübarizə aparır və bütün diqqəti “Fənər”dədir. Amma onu da alnalamaq lazımdır. Sitat: “Hazırda çətindir. 2 çox yaxşı təklif aldım və onları məşqçiyə göstərdim. Baş məçqmi mənə güvənir, mən də ona inanıram. Bu mövsümdən sonra klubda davam edib-etməyəcəyimi bilmirəm. Nə olacağını görəcəyik”.

Həmin kateqoriyadan