Vasif Məmmədov: Bu uğurun kollektiv əməyin sayəsində mümkün olub

Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında sablyaçımız Anna Başta qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki,
qılıncoynatma federasiyasının baş katibi Vasif Məmmədov bu uğurun kollektiv əməyin sayəsində mümkün olduğunu bildirdi:

“Böyük və məsulliyətli yolun başlanğıcındayıq.Gələcəkdə qələbələrimiz daha çox olacaq. Düşünürəm ki, yaxşı komandamız formalaşıb. Gənclər və idman nazirliyi, milli olimpiya komitəsinə bizə dəstək olduqları üçün təşəkkür edirəm.

Təbii ki, bu uğurun qazanılmasında federasiyamızın hər bir üzvünün əməyi var.Bu çempionluq kollektiv əməyin nəticəsidir. Bir daha hamıya təşəkkür edirəm”. 

Həmin kateqoriyadan