“Xatayspor” superliqada çıxışını dayandırdı, “Qaziantəp” də istəyir

Türkiyə futbol federasiyasının prezidenti Məhməd Böyükəkşi zəlzələni ən çox yaşamış “Xatayspor”un superliqadan çəkildiyini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, fəlakətdən ən çox zərər çəkən vilayətlərdən biri olan Xatayda həyat iflic olub. TFF rəsmisi durumu belə anladıb:

“”Xatayspor” bizə məktub göndərib. O bu mövsüm matçlarını keçirə bilməyəcəyini bildirib. İdarə heyətinin iclasında bunu müzakirə edəcəyik. “Qaziantəp” klubunun prezidenti də canlı olaraq bağlanıb. Bu günə kimi onlar qərar qəbul etməyiblər. Onlara bazar ertəsi səhərə qədər vaxt verdik. Onlar da geri çəkilmək istəsələr, bu 2 klubun superliqada hüquqlarının olması şərti ilə, 17 komanda ilə yolumuza davam etməyi planlaşdırırıq”.

21 oyundan 23 xal toplayan “ağ-tünd qırmızılar” yarış cədvəlində 14-cü idi. “Qaziantəp” 22 matçda 25 xal ilə 10-cu yerdədir. Türkiyə superliqasında 19 klub mübarizə aparırdı.

Həmin kateqoriyadan