Ximenez “Roma” və “Beşikdaş”ın hədəfindədir

“Beşikdaş” növbəti mövsüm üçün heyəti gücləndirmək istəyir. 

Allsprort.az xəbər verir ki, “qara qartallar”ın gündəmində olan adlardan birinin “Vulverhempton”un hücumçusu Raul Ximenez olduğu iddia edilir. 

“Beşikdaş”dan başqa təcrübəli hücumçu ilə Joze Mourinyonun çalışdırdığı “Roma” da maraqlanır. 

32 yaşlı futbolçunun öz klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatsa da, İngiltərə təmsilçisinin mövsümün sonunda onunla yollarını ayıracağı dəqiqdir. 

Meksikalı hücumçu bu mövsüm komandasının heyətində 18 rəsmi oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan