Yamaykalı hücumçu “Rizəspor”da?

“Spartak”ın hücumçusu Şamar Nikolson karyerasını Türkiyə superliqasında davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, “Rizəspor” futbolçu ilə ciddi maraqlanır. Tərəflərin razılaşdırdığı, hazırda futbolçunun özü və agentləri ilə danışıqlar aparılır.

Yamaykalı forvard Moskvaya tətildən yalnız iyulun 26-da qayıdıb və hələ komanda ilə məşqlərə başlamayıb. “Spartak” tərəfindən 2023/24 mövsümü üçün açıqlama verilməyib.

Son çempionatda Nikolson 27 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan