- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Yaponiyalı futbolçular dünya çempionatının qrup mərhələsinin 2-ci turunun matçında Kosta-Rika yığmasını məğlub ediblər. Allsport.az saytı xəbər verir ki, çərşənbə günü Dunedin şəhərində (Yeni Zelandiya) keçirilən oyun 2:0 hesabı ilə başa çatıb.
Yaponiya millisi 2 oyunda 6 xal toplayıb və “C” qrupundan pley-offa vəsiqəni təmin edib. Qadınlar arasında DÇ-yə Avstraliya və Yeni Zelandiya birgə ev sahibliyi edirlər.
Yarış avqustun 20-dək davam edəcək.