Yaşar Vahabzadə: “Kəpəz” premyer liqaya qayıtmalıdır”

“Kəpəz”in baş məşqçisi Yaşar Vahavzadə ölkə kubokunun 1/4 finalında “Keşlə”yə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, rəqibin təcrübə sayəsində qalib gəldiyini bildirib:

“Məğlubiyyətimizdə əsas səbəb təcrübəsizlik oldu. Digər tərəfdən, rəqib futbolçuların ustalıq səviyyəsinin yüksək olması da öz sözünü dedi.”Rəqibi təbrik edir, onlara uğurlar arzulayıram. Ağır oyun olacağını bilirdik. Divizion və premyer liqa komandaları arasında böyük fərq var. Uşaqlar mübarizə aparmağa çalışdılar. Bu, nə dərəcədə alındı, özünüz gördünüz. Məğlubiyyətimizdə əsas səbəb təcrübəsizlik oldu. Digər tərəfdən, rəqib futbolçuların ustalıq səviyyəsinin yüksək olması da öz sözünü dedi”.

Vahabzadə  “Kəpəz”in yeni mövsümdən premyer liqada olacağı haqda yayılan xəbərlərə münasibət bildirib: “Bu barədə bizimlə konkret söhbət olmayıb. Belə bir şey olsa belə, 100 faizlik dəyişiklik baş verməyəcək. Hazırda heyətdə gənc futbolçular var ki, onlara böyük ümidlər bəsləyirik. Həmin futbolçuları saxlayacağıq. Məsələn, sol cinah müdafiəçimiz Ümid Səmədovu qeyd edərdim. 2000-ci il təvəllüdlü oyunçudur. İkinci turdan sonra bütün oyunlarda 90 dəqiqə mübarizə aparıb. Tək o deyil. İnandığımız bir neçə futbolçu var. Onların arasında təcrübəlilər də çıxış edir. Premyer liqaya çıxsaq, onlara da şans veriləcək.

“Kəpəz” qayıtmalıdır. Gəncə kimi futbol şəhəri elitada təmsil olunmalıdır. Bu gün Gəncədə çox işlər aparılır. Yeni meydançalar salındı və komandanın ixtiyarına verildi. Həm biz, həm də aşağı yaş qrupları orada məşq edir. Bilirsiz ki, U-17 komandamız yox idi. Bu ildən onlar da Azərbaycan çempionatına qoşuldu. İşlər görülür. Şəhər rəhbərliyi ilə ayaqüstü görüşümüz olub. Klub rəhbərliyi komandanın premyer liqada olmasını istəyir. Çempionat hələ davam edir. Bizə konkret nəsə deyilməyib. Bəlkə də özləri demirlər ki, birdən arxayınlaşarıq”.

Həmin kateqoriyadan