«Yeni iliniz mübarək» beynəlxalq turnirində

Sablyaçılardan ibarət milli komandalarımız Türkiyədə səfərdədir. Allsport.az saytı xəbər verir ki, Anqarada Ukrayna, Qazaxıstan və Belarus kollektivləri ilə birgə 5 günlük təlim-məşq toplanışında olan qılıncoynadanlarımız yanvarın 9-da İstanbula yola düşərək, orada keçiriləcək «Yeni iliniz mübarək» adlı beynəlxalq turnirdə qüvvəsini sınayacaqlar.

Baş məşqçimiz Fikrət Vəliyev heyətə, qadınlarda – Səbinə Mikina, Fatma İbrahimova, Nərminə Cəfərova, Sevil və Sevinc Bunyatova bacılarını, kişilərdə – Azər Tağıyev, Cəlil Əsgərov, Cavanşir Səfərov, Cavanşir Ağakişiyev, Əbdul Həsənov, Elvin Rzazadəni daxil edib.

Həmin kateqoriyadan