Yeni transfer ən yaxşı seçildi

“Qarabağ”ın yeni transferi Redon Cica Albaniyada 2022-ci ilin ən yaxşı futbolusu seçilib. Allsport.az xəbər verir ki, albaniyalı hücumçu bu münasibətlə “Qızıl top” mükafatına layiq görülüb.

Bu, “Tirana”nın keçmiş oyunçusunun karyerasında ilk belə mükafatı olub. “Qarabağ”a transferi səbəbindən 24 yaşlı futbolçu mükafatlandırma mərasimindən iştirak etməyib.

Cica 2021/2022 mövsümündə “Tirana”nın heyətində 11 qolla Albaniya Superliqasının bombardiri olub.

Həmin kateqoriyadan