Yeniyetmə sablyaçımız dünya birinciliyində 7-ci olub

Bu gün yeniyetmələrin sablyaçıların çıxışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, qrupda 3 qələbə qazanan Murad Əkbərov 1/32 finalda polşalı Marsel Broniszevski (15:13), sonra belaruslu İvan Nasenniki (15:8) yenib.

1/8 finalda özbəkistanlıMusa Aymuradovu (15:12) məğlub edən qılıncoynadanımız, 1/4 finalda rusiyalı Arseni Şelekova 7:15 hesabı ilə uduzaraq, dünya birinciliyində 7-ci olub.

Rəqib ilk pley-off görüşündə qrup mərhələsini 5 qələbə ilə başa vuran digər sablyaçımız Saleh Məmmədova 15:12 hesabı ilə qalib gəlib. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Maqsud Hüseynli isə pley-offda türkiyəli Efe Dincə 11:15 uduzub.

Həmin kateqoriyadan