“Sabah” – “Beşikdaş” oyununda 6 qol

Adı çəkilən klublar bu gün yoldaşlıq oyununda qarşılaşıblar.

Allsport.az xəbər verir ki, çox qollu görüş heç-heçə nəticələnib. Xeyriyyə məqsədi ilə keçirilən matçın bütün gəlirləri Türkiyədə zəl-zələdən zərərçəkmiş insanlar üçün bağışlanıb.

Oyunda “Sabah” komandasından Aleksey Kaşuk dubl edib (4 və 6-cı dəqiqə) və Davit Volkov (70-ci dəqiqə) 1 qol vurub. “Beşikdaş”dan Ümüd Məraş dubl edib (24 və 44-cü dəqiqə), Ceng Tosun isə yalnız bir dəfə fərqlənə bilib (3:3).

“Sabah” Azərbaycan premyer liqasında 2-ci, “Beşiktaş” Türkiyə Super liqasında 68 xalla 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan