- Baxış sayı: 107
- 29 Mart 2026 10:35
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

Dubayda dünya birinciliyində 2-ci gün arxada qalıb. Allsport.az saytı xəbər verir ki, yeniyetmə sablyaçı qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova, turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. O, pley-ofda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italiyalı Martina Giancolaya (15:14) qalib gəlib.
Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan qılıncoynadan, yarımfinal uğrunda ABŞ təmsilçisi Alexandra Manqaya 7:15 uduzub.
Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev isə, pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 məğlub olub.