Zərifə Hüseynova Buxarestdə beynəlxalq turnirdə iştirak etdi

Yeniyetmə qılıncoynadanımız Zərifə Hüseynova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 17 yaşadək sablyaçıların “Riposta Cup” beynəlxalq turnirində çıxış edib.

Allsport.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran Zərifə pley-offda rumıniyalı İona Krakiuna 15:5 hesabı ilə qalib gəlib. Hüseynova 1/16 finalda digər rumıniyalı sablyaçı Teodara Neaquya 11:15 hesabı ilə uduzub.

Həmin kateqoriyadan