“Zaqatala” və “Kəpəz”dən heç-heçə, “Qaradağ” qələbə qazandı

Azərbaycan 1-ci divizionunda 11-ci tura start verilib.

Allsport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Sumqayıt”ın əvəzedici komandası “Zaqatala” səfərindən 1 xalla ayrılıb. “Kəpəz” MOİK-lə heç-heçə edib, “Qəbələ-2” isə “Qaradağ Lökbatan”a uduzub.
 
6 dekabr
 
“Zaqatala” – “Sumqayıt-2” – 0:0
Hakimlər
: İnqilab Məmmədov, Teymur Teymurov, Taleh Məmmədov, Namiq Bəkirov
Zaqatala olimpiya idman kompleksinin stadionu
 
“Qəbələ-2” – “Qaradağ Lökbatan” – 0:2
Qol:
 Elnur Cəfərov, 7. Sabir Allahquliyev, 45.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00
 
MOİK – “Kəpəz” – 1:1
Qol: 
İsa Zeynallı, 41-pen – Bəhruz Teymurov, 90+7.
Qırmızı vərəqə: Elşən Veysov, 73. (MOİK)
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Səbuhi Bayramov
Binə qəsəbə stadionu, 14:00

Həmin kateqoriyadan