Zaqatala və Mingəçevirdə “Bahar turniri”

AFFA-nın təşkilatçılığı ilə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mayın 21-də Zaqatala olimpiya idman kompleksində Şimal-Qərb regionu üzrə 5 komanda, mayın 22-də Mingəçevir şəhər stadionunda Qərb regionu üzrə 9 komanda mübarizə aparacaq.

Hər komandada 3 nəfər 2010-cu il olmaqla 2011 və 2012-ci il təvəllüdlü 7 qız futbolçunun iştirakına icazə verilir. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi ilə təmin olunacaq. İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılacaq.

İlk olaraq Bakı şəhərində təşkil olunan turnirin əsas məqsədi növbəti mövsüm U-12 qızlar liqasının yaradılması və qadın futbolçulardan ibarət milli komandalara futbolçuların hazırlanmasıdır.

Həmin kateqoriyadan