“Zaqatala” zirvəyə yüksəldi

Bu gün 1-ci divizionda 16-cı tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub. “Zaqatala” 10 nəfərlə qalmasına baxmayaraq, “Sumqayıt-2” üzərində inamlı qələbə qazanaraq zirvəyə yüksəlib.

5 mart
Birinci divizion, 16-cı tur

MOİK – “Keşlə-2” – 3:3
Qollar
: Xəyal Bədirov, 37. Hüseyn Hüseynli, 40. Emin Mehtiyev, 41 – Bahadur Həziyev, 25. Xəzər Məhmudov, 75; 90+3.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Rəhman İmami, Rauf Allahverdiyev
Binə qəsəbə stadionu

“Zaqatala” – “Sumqayıt-2” – 2:0
Qollar:
 Xəlil Bəşirov, 69; Əsədulla Heydərov, 89
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Taleh Məmmədov, Vüqar Həsənli
Zaqatala olimpiya idman kompleksinin stadionu

“Qarabağ-2” – “Kəpəz” –  1:1
Qollar:
 Sultan Mustafayev, 74 – Emil Qasımov, 54.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Ruslan Quliyev, Rövşən Rəcəbov
Bakı olimpiya stadionu (ehtiyat meydança)

Həmin kateqoriyadan