“Zaqatala”dan darmadağın

I divizionda 13-cü turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma olub.

Lider “Turan Tovuz”un “Sumqayıt-2” ilə oyunu güclü qar səbəbindən yarımçıq dayandırılıb. Qarşılaşma sabah saat 12:30-da qaldığı yerdən davam etdiriləcək.
 
“Sabah”ın əvəzediciləri səfərdə “Qarabağ″ın ikinci komandasına, “Zaqatala” isə MOİK-ə qalib gəlib.
 
Tura sabah keçiriləcək “Kəpəz” – “Qaradağ Lökbatan” matçıyla yekun vurulacaq.

17 fevral
Birinci divizion, 13-cü tur
“Qarabağ-2” – “Sabah-2” – 1:2
Qollar
: Seyxan Fərəcov, 69 – Təbriz İsazadə, 89. Elşən Abdullayev, 90.

MOİK – “Zaqatala” – 0:3
Qollar: 
Xəlil Bəşirov, 3. Xəqani Sadıxov, 7. Bəhruz Teymurov, 19.

Həmin kateqoriyadan