“Zirə” və “Sumqayıt” 1/2 finalda

Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk gündə 2 yarımfinalçının adı bilinib. Öncə
“Səbail” öz meydanında “Zirə”ni qəbul edib. Qonaqlar evdı olduğu kimi, səfərdə də qalib gələrək mərhələ adlayıb (3:2).

Günün digər görüşündə Sumqayıtın eyni adlı komandası “Neftçi” ilə üz-üzə gəlib. İlk oyunda 2:0 qalib gələn “kimyaçılar” öz yerində 0:1 uduzmasına rəğmən, 1/2 finala çıxıb.

Sabah “Sabah” “Qəbələ”ni, “Keşlə” “Qarabağ”ı qəbul edəcək.

Həmin kateqoriyadan