“Zirə”dən yubiley sevinci

Premyer liqanın 10-cu turunda “Keşlə” ilə 3:1 hesablı qələbə “Zirə” üçün yubileylərlə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Rəşad Sadıqovun komandası öz meydanında 50-ci qələbəsini qazanıb.

Bu, klub tarixinin 100-cü ev oyununa təsadüf edib. Digər görüşlərdə 26 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də premyer liqada 75-ci ev matçı və 35-ci qələbə olub. “Qartallar” öz meydanında 21 heç-heçə və 19 məğlubiyyət yaşayıb.

50 ev qələbəsindən 35-i ölkə çempionatına təsadüf edibsə, 1-ci divizionda 9 (15 oyun), ölkə kubokunda 5 (8 oyun), Avropa liqasında 1 (2 oyun) qalibiyyət qazanılıb.

Həmin kateqoriyadan