“Zirə”nin 5 futbolçusu üçün siftə

Azərbaycan kubokunun yarımfinalında “kimyaçılar”la səfər oyunu “Zirə”nin 5 futbolçusu üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Sumqayıt Arena”da meydana çıxan Bəxtiyar Həsənalızadə, Mfo Kqasvane, Fofana İsmael, Xulio Sezar Rodriqez və Şafik Tiqrudja ilk dəfə kubokda “qartallar”ın futbol köynəyini geyiniblər. 

Bunadək yalnız premyer liqada komandanın şərəfini qoruyan “beşlik” kubokda meydana çıxan futbolçuların sayını artırıb. Əvvəlki 12 matçda 64 futbolçu “Zirə”nin heyətində meydana çıxmışdısa, bu rəqəm 69-a çatıb.

Qəsəbə klubunun forması ilə ən çox kubok oyunu keçirən futbolçulardan Kamal Bayramovun 11, Vüqar Mustafayev və Vüsal İsgəndərli hərəyə 9 dəfə meydana çıxıb.

Həmin kateqoriyadan