“Zirvə” məşhur Güney azərbaycanlı futbolçu Əli Daeinin adını daşıyan stadionda

Ərdəbildə yeniyetmələr arasında (2003-2004-cü il təvəllüdlü ) beynəlxalq futbol turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi “Zirvə” BİK-in komandası təmsil edib. Məşhur azərbaycanlı futbolçu Əli Daeinin adını daşıyan stadionda keçirilən turnirdə, əsasən İranın vilayətlərini təmsil edən kollektivlər mübarizə aparıblar.

Komandalar hərəsində 5 klub olmaqla qruplara bölünüblər. Bizim qrupumuzda “Murtuza”, “İran-cavan”, “Zobahan” və yerli “Ərdəbil” klubları olub. “Zirvə” adı ilk 2 çəkilən komandalara qalib gəlsə də, digərlərinə uduzub. Növbəti mərhələyə vəsiqə qazanmasaq da, uşaqlarımız nümayiş etdirdikləri futbolla tamaşaçıların rəğbətini qazanıb.

Bu arada, bu il Azərbaycan çempionatının Cənub Regionu üzrə keçirilən yarışlara qoşulacaq digər yaş qruplarında olan komandalarımız da artiq təlim-məşq toplanışına başlayıblar.

Həmin kateqoriyadan