- Baxış sayı: 44
- 22 Aprel 2024 19:34
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
16-17 apreldə Praqada qılıncoynadanlar arasında beynəlxalq turnir keçiriləcək. Həmin yarışda milli komandalarımız da iştirak edəcək. Bu barədə allsport.az saytına AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədov deyib. Onun sözünə görə, Çex Respublikasında təşkil olunacaq turnir çox vacibdir, sonuncu lisenziya sınağıdır. Dunay sahili ölkədə ölkəmizi 2 sablyaçı – Səbinə Mikina və Azər Tağıyev təmsil edəcək. Şpaqaçıların yarışında Kənan Əliyev gücünü göstərəcək.