Badmintonçularımız mükafat yarışlarına doğru

İstənilən idman növündə mükafat fondu əsas həvəsləndirici amillərdəndir. Allsport.az saytı xəbər verir ki, məhz bu səbəbdən idmançılar güclərini bir yerə cəm edib müntəzəm məşq edirlər. Badminton da burada istisna deyil. Sözügedən idman növü üzrə təşkil olunan hər bir turnir Ümumdünya Badminton Federasiyası tərəfindən müəyyən edilən minimal mükafat fonduna malikdir.

Ən nüfuzlu yarışlar sırasına “Superseries” (minimal mükafat fondu 200000$), “Super Series Premier” (350000 $) və “Super Series Masters Finals“ turnirlərini (500000 $ min) daxil etmək olar. Son zamanlar ölkəmizdə bu növdə irəliləyiş var. Cari mövsümdə badmintonçularımız ilk dəfə Avropa çempionatına vəsiqə qazanıblar.

Həmin kateqoriyadan