Azərbaycan və Türkiyə badminton federasiyaları arasında əməkdaşlıq

Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov və Türkiyə badminton federasiyasının prezidenti Ərcan Ulduz arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, tərəflər bir çox sahələrdə birgə proqram həyata keçiriləcəklər.

Bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışların keçirilməsi, məşqçilərin təkmilləşməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, həmçinin, digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.

Həmin kateqoriyadan