- Baxış sayı: 92
- 19 Oktyabr 2026 23:07
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Badminton üzrə Avropa çempionatının təsnifat mərhələsinin ilk günü başa çatıb.
Allsport.az xəbər verir ki, Abşeron olimpiya idman kompleksində keçirilən turnirin ilk oyununda Slovakiya və Estoniya komandaları qarşılaşıb.
Oyun estonların 5:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyun gününün ikinci qarşılaşması heyətində yeniyetmə badmintonçulardan yeni formalaşan Azərbaycanla təcrübəli Şotlandiya yığması arasında keçirilib. Oyun rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.