Yeniyetmə badmintonçulardan 1 qızıl, 2 gümüş və 2 bürünc

Kiprin paytaxtı Nikosiyada beynəlxalq turnirində yeniyetmə badmintonçularımız məhsuldar nəticə göstəriblər.

Allsport.az saytı xəbər verir ki, Əli Gözəlov 15 yaşadək oğlanların şəxsi yarışında qızıl medal qazanıb. O, Polşa, Yunanıstan və Kipr təmsilçilərinə qalib gəlib. Eyni yaş qrupunda Leyla Camalzadə gümüş medala yetişib.

Leyla Camalzadə – Aysu Kərimzadə tandemi bu yaş kateqoriyası üzrə qızların qoşa yarışında finala kimi irəliləyib.

Əli Gözəlov və Aysu Kərimzadə qarışıq qoşa kateqoriyasında 3-cü olublar.

Sərxan Bağırov – Əli Gözəlov qoşası isə 17 yaşadək badmintonçuların mübarizəsində bürünc mükafata sahib çıxıblar.

Həmin kateqoriyadan