Yığmalarımız AÇ-nın təsnifat mərhələsində çıxış edəcəklər

Dekabrın 7-9-da Abşeron olimpiya idman kompleksində qadın komandalar arasında 2024-cü ildə baş tutacaq Avropa çempionatının təsnifat mərhələsinin görüşləri keçiriləcək.

Allsport.az xəbər verir ki, badminton üzrə qadınlardan ibarət Azərbaycan yığması qrupda Estoniya, Şotlandiya və Slovakiya ilə qarşılaşacaq. 

Komandamızın heyətində Keişa Fatimə Zəhra, Leyla Camalzadə, Aysu Kərimzadə, Era Maftuha və Həcər Nuriyeva yer alacaq. Yığmamız qrupda ilk oyununu Şotlandiya millisinə qarşı keçirəcək. Qrup qalibi final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

Badminton üzrə kişilərdən ibarət yığmamız isə Norveç və İrlandiya ilə qrupda yarışacaq. Oyunlar dekabrının 7-10 baş tutacaq. 

Yığmamızın heyətində Edi Reski Dviçayo, Muhammad Kadafi, Aqil Qəbilov, Diki Pangestu və Rəvan Niftəliyev yer alacaq. Komandamız qrupda birinci olacağı təqdirdə, Çexiya, Avstriya və Portuqaliyanın mübarizə aparacağı “üçlüy”ün güclüsü ilə qarşılaşacaq. 

Qarşılaşmanın qalibi 2024-cü ilin 14-18 fevralında Polşanın Lodz şəhərində keçiriləcək kişi və qadın komandalar arasında keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, təsnifat mərhələsi 2024-cü ildə Parisdə baş tutacaq yay olimpiya oyunlarına lisenziya xalları verir.

Həmin kateqoriyadan