Məktəbllilərə badminton üzrə nümunəvi çıxışlar keçirilib

Noyabrın 24-də Zirə qəsəbəsi 120 saylı tam orta məktəbin dəstəyi ilə “İdman hamı üçün” devizi altında badminton idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib. 

Allsport.az xəbər verir ki, tədbir Bakı şəhər gənclər və idman idarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru ilə Azərbaycan badminton fedarasiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbir BŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, ABF-nin marketinq meneceri Aydan Məmmədhəsənova və 120 saylı tam orta məktəbin direktoru Nazilə Məmmədovanın çıxışları ilə start götürüb. 

Məşqçi Kərim Musayevin rəhbərliyi altında məktəblilərə məşq keçirilib. Tədbirin keçirilməsində məqsəd, yeniyetmə və gənclər arasında badminton idman növünün təbliği, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Həmin kateqoriyadan