- Baxış sayı: 76
- 07 Sentyabr 2026 20:27
- Baxış sayı: 169
- Sentyabr 17, 2026
- 0

Azərbaycan badminton federasiyası və gənclər və idman nazirliyinin birgə təşkilatçılığı ilə 17 yaşadək badmintonçular arasında keçirilən ölkə birinciliyinə yekun vurulub.
Allsport.az xəbər verir ki, yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.
Oğlanların şəxsi yarışında Sərxan Bağırov qalib adını qazanıb. Qızlarda isə eyni kateqoriya üzrə Həcər Nuriyeva hamıdan güclü olub.
Oğlan cütlüklərdə Sərxan Bağırov və Əli Gözəlov bütün görüşlərini qələbə ilə başa vurub. Qız cütlüklərdə Həcər Nuriyeva və Nərmin Hüseynova bütün rəqiblərini qabaqlayıb. Qarışıq qoşa yarışlarda isə Sərxan Bağırov və Həcər Nuriyeva qızıl medala yiyələniblər.