Dünya idman media mükafatlarının təqdimatında ölkəmizi “İdman”ın baş redaktoru təmsil edir

İsveçrənin Lozanna şəhərində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının 82-ci konqresi və ötən il təsis edilən dünya idman media mükafatlarının təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, “AIPS Sport Media Awards” yazı, audio, video, foto və jurnalist veb-bloqu nominasiyaları üzrə ilk qaliblər elan olunub. Hər dərəcə üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8, 3 və 2 min ABŞ dolları mükafat təqdim edilib.

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da iştirak edib. Həm mükafatlandırma, həm də konqresdə Azərbaycanı müşahidəçi qismində “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil edir.

Konqres çərçivəsində tədbir iştirakçıları Lozannada olimpiya muzeyi ilə tanış olacaqlar. Tədbirə yanvarın 24-də yekun vurulacaq.

Həmin kateqoriyadan