Allsport.az 9 yaşında!

Bu gün allsport.az portalının 9 yaşı tamam olur. 2014-cü ilin noyabrın 12-də, Konstitusiya günündə sayt ictimailəşib. Yeni söz demək bacarığı həmişə gündəmdə olub. Bütün idman növlərinin təbliğini qarşıya məqsəd qoyan allsport.az, daim doğru-dürüstlüyünü qoruyub, operativliyini, oxucuları müfəssəl məlumatla təmin etmək imkanını saxlayıb. Addım-addım irəliləyib, bütün çətinliklərə və təzyiqlərə sinə gəlib.

Media reyestri – “Media haqqında” Azərbaycan respublikası qanununun 73.1-ci maddəsinə əsasən media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və Medianın inkişafı agentliyi tərəfindən idarə olunan elektron informasiya ehtiyatı – Media reyestrindən mart ayında qeydiyyatdan keçib və şəhadətnamə alıb. Əminik ki, idmanın carçısı bundan sonra da bu vəzifənin öhdəsindən gələcək, öz oxucu çevrəsini yeni xəbərlərlə, maraqlı guşə yazıları və təhlili yazıları ilə təmin edəcək.

Fərəhlidir ki, artıq 3 ildir bu xoş günü qalib xalqın təmsilçisi olaraq qeyd edirik. 2020-ci ilin payızında 44-günlük 2-ci Vətən müharibəsində Dağlıq Qarabağ və onun ətrafı düşmən işğalından azad edilmişdisə, bu ilin payızında yerdə qalan torpaqlarımız ölkə başçısı və ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən tamamən soysuzlardan təmizləndi. 8 noyabr – Zəfər günü ilə bağlı hərbi keçid Xankəndidə keçirildi. Əminik ki, Naxçıvana da dəmir və avtomobil yolları bərpa olunacaq, Turan öz keçmiş sərhəddini qovuşacaq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Həmin kateqoriyadan