“İdman paytaxtı-2024” layihəsi

Yanvarın 15-də Qubada “İdman paytaxtı-2024” layihəsinin açılış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İdman paytaxtı 2024”ün “Fuji” adlı maskotu ictimaiyyətə təqdim olunub. Tədbirdə Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Ardınca nazir “İdman paytaxtı”nın rəmzi açarını Quba icra başçısına təqdim edib.

Basketbol, badminton, stolüstü tennis, alpaqut, sambo, taekvondo, cüdo, güləş, kikboksinq, boks, voleybol, futbol, şahmat, nərd, velosiped, kəndirdartma, kyokuşin, mas-reslinq və digər idman növlərinin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir bədii hissə ilə davam edib.

Həmin kateqoriyadan