13-cü dəfə ilin “ən yaxşı futbol məşqçisi” adını qazandı!

Azərbaycanda ilin “ən yaxşı futbol məşqçisi”nin adı məlum olub. Allsport.az saytı xəbər verir ki, komanda.az-ın KİV arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayıb. O, 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin “ən yaxşı futbol məşqçisi” seçilib. Bununla da, 13-cü dəfə Azərbaycanda ilin “ən yaxşı futbol məşqçisi” adını qazanıb!

Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin sükanı arxasında olan Rəşad Sadıqova səs verib.

Azərbaycan millisinin keçmiş çalışdırıcısı Canni de Byaziyə səs verən olmayıb. “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi ilə Azərbaycan çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də premyer liqada lider mövqeyində qərarlaşıb.

Bundan başqa, “köhlən atlar” çempionlar liqasının ələmələrində, sonra Avropa liqasının qrup mərhələsində mübarizə aparıb. “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə bu mövsüm Avropa liqasının pley-ofuna adlayıb.

İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan ETOPAZ-ıın sponsorluğu və “Pelikan” idman fəaliyyətləri klubunun maliyyə dəstəyi ilə dekabrın 19-da keçiriləcək. “Üç alov qülləsi” mehmanxanasının “Nizami Gəncəvi” zalında tədbir saat 11:00-da başlayacaq.

Həmin kateqoriyadan