Bakıda xeyriyyə məqsədi ilə 3-cü “Qələbə qaçışı”! Bu dəfə “Qürurla irəli”!

12 noyabrda 2-ci Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərə həsr olunmuş “Qələbə qaçışı” təşkil edələcək. Allsport.az saytı xəbər verir ki, sayca 3-cü dəfə keçiriləcək tədbir “Qürurla irəli” şüarı ilə olacaq.

Qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı, xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəməlidir. Toplanan vəsait YAŞAT fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı milli parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edəcək və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər.

Həmin kateqoriyadan