Bu mükafata layiq görülən ilk azərbaycanlı!

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova “Jan Borotra dünya ədalətli oyun karyerası” idman mükafatı təqdim olunub. Allsport.az saytı xəbər verir ki, o, ödülü Beynəlxalq feyr-pley komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə alıb. Mükafatı Avropa cüdo federasiyasının prezidenti Laszlo Tot təqdim edim. Adı çəkilən mütəxəssis ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb.

Ona CİFP-in “Jean Borotra World Fair Play Career” və “Pierre de Coubertin World Trophy” mükafatlarına təqdimatı Azərbaycan idman jurnalistləri assosiasiyasının (AİJA) tərəfindən gerçəkləşib. Komitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu mükafatına layiq görüb.

Xatırladaq ki, həmyerlimiz Avropa konfrans liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçında İbrahima Vədcinin əllə vurduğu qolu ləğv etdirib. 2015-ci ildə “İnter”lə premyer liqa, 3 il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.

Həmin kateqoriyadan