- Baxış sayı: 44
- 22 Aprel 2024 19:34
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Tiflisdə qılıncoynadanların “Satellite” seriyalı beynəlxalq turniri sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən sablya millimiz uğur qazanıb.
Anna Başta finalda gürcüstanlı Teodara Kaxianini 15:12 üstələyib. Digər təmsilçilərimizdən Valeriya Bolşakova 1/8 finalda eyni hesabla komanda yoldaşının qızıl medal uğrunda qarşılaşdığı rəqibə uduzub.
Səbinə Kərimova bu mərhələdə türkiyəli Fatma Zəhraya 11:15 məğlub olub. Sevil Bünyatova da 1/8 finalda dayanıb. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova mübarizəni erkən dayandırıb.
Kişilərin şəxsi yarışında Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı sablyaçısı Əli Əlhüseynə 6:15 yenilib.