Yeni prezident badmintonda islahatlara başladı

1-ci Avropa Oyunlarının gedişində Badminton federasiyasına prezident seçilən Mikayıl Cabbarov, hələ bu idman növünün camiyəsi ilə görüşməsədə, artıq islahatlara başlayıb. Allsport.az saytına daxil olan məlumata görə, yeni rəhbərlik bölgələrdə kütləviliyin təmin olunmasına start verib.

Bu məqsədlə, Gəncə, Lənkəran və Qubada badminton bölmələri yaradılıb. İşsiz qalan idmançılar məşqçiliyə dəvət olunur. Artıq ABF-in hesabına avadanlıqlar alınıb və müxtəli yaş qrupları üzrə milli komandalar yarışlara ezam olunurlar. Bu yaxınlarda yerlilərə məşğələlər keçmək üçün, ölkə xaricindən mütəxəssislər çağrılacaq.

Həmin kateqoriyadan