“Əla çıxış etdik”

“Bavariya”nın hücumçusu Harri Keyn komandasının çempionlar liqasının 1/4 final mərhələsinə vəsiqə qazandığı oyun barədə danışıb.

Allsport.az xəbər verir ki, ingiltərəli forvard matçın onlar üçün vacib olduğunu bildirib:

“Düşünürəm ki, bu, bizim üçün mövsümdə həqiqətən vacib bir an idi. Hamı bizə baxıb gözləyirdi ki, görək ilk matçın nəticəsinə necə reaksiya verəcəyik. Və biz əla çıxış etdik. Topla və ya topsuz gətirdiyimiz enerji həqiqətən önəmli idi.

Ümid edirik ki, bundan ilin qalan hissəsi üçün dönüş nöqtəsi kimi istifadə edə bilərik. Əksər oyunlarda belə çıxış etsək, qalib gələcəyik”.

Həmin kateqoriyadan