“Əlcəzair” Nurlan Novruzovu istəyir

Əlcəzairin eyni adlı klubu Azərbaycan Premyer liqasının ən sərrast futbolçusunu Nurlan Novruzovu transfer etməkdə maraqlıdır.

Allsport.az saytı xəbər verir ki, 7-qat ölkə çempionu Birinci divizionda 14 turdan sonra 24 xalla liderdən bir xal geri qalan 3 komandadan biridir.

Lakin 19 yaşlı oyunçu karyerasını Afrikada deyil, iddialı yerli klubların birində davam etdirməkdə israrlıdır. «Bakı» onun transfer qiymətini 50.000 ABŞ dolları müəyyənləşdirib.

Hücumçu isə, «zolaqlılar»la qarşılıqlı razılıq əsasında yollarını ayırmaq istəyir. Onunla maraqlanan yerli klublar hələlik «Qəbələ» və «Neftçi»dir.

Həmin kateqoriyadan