“Əlimizə düşən imkandan maksimum istifadə etməyə çalışacağıq”

Sabah “Qarabağ” çempionlar liqasının pley-ofunda Çex Respublikasında Plzenin “Viktoriya” klubununun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında bunu deyib:

Hamımızın məqsədi yaxşı nəticə göstərərək, çempionlar liqasının qrup mərhələsinə  düşməkdir. Bu gün bu cür fürsətimiz var. Rəqib də eyni düşüncədədir. Əlimizə düşən imkandan maksimum istifadə etməyə çalışacağıq.

Möhkəm komandaya qarşı oynayırıq, çox yaxşı mübarizə aparmağı xoşlayırlar. Rəqib də istəklidir. Bunu biz Bakıda gördük. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə və yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Həmin kateqoriyadan