“Əlimizdən gələni etməyə çalışdıq”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola premyer liqa matçında “Arsenal”la heç-heçə (0:0) haqda fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunun bərabər səviyyədə keçdiyini qeyd edib:

“Bir xal qazandıq. Əlimizdən gələni etməyə çalışdıq. Nə biz çox imkan yaratdıq, nə də “Arsenal”. Çox yığcam müdafiə olundular, birinci və ikinci təmasda olduqları üçün yüksək pressinqlə topu qazana bilmədik. Fiziki cəhətdən güclüdürlər və yüksək səviyyədə oynayırlar.

Topu itirdiyimiz bir neçə an oldu. Amma oyun çox gərgin keçdi, biz həmişəki kimi idik”.

Həmin kateqoriyadan